Müğənni-aparıcı Elgün Hüseynov növbəti bacarığını ortaya çıxarıb. SİA-ya açıqlama verən ifaçı aktyorluq edəcəyini söyləyib: "Xeyli müddət idi ki, başım şəxsi işlərimə qarışmışdı. İşlə bir o qədər maraqla bilmirdim. Amma mənə filmdən təklif gəlib. Belə ki, tanınmış aktyor Müşviq Şahverdiyevin yeni filmi olan "Gizlənpaç"ın kastinqinə qatıldım. Aktyorluq bacarığımı bəyəndilər. Həmin filmin ssenarisi hazırdır. Çəkilişlər başlayacaq. Əgər ekran işindəki obrazla uyğun gələrəmsə, həmin filmdə oynayacam. Hələ ki, cavab gözləyirəm".
İfaçı şəxsi həyatı barədə də söz açıb: "Bildiyiniz kimi, 1 oğlum var. Yenidən hələ ki, ata olmağı düşünmürəm. Çünki övladım balacadır. Onu böyütdükdən sonra valideyn olmaq istəyərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB