Nicat Rəhimov: "Tezliklə toy gözlənilmir" AÇIQLAMA

Nicat Rəhimov: "Tezliklə toy gözlənilmir" AÇIQLAMA

Aktyor Nicat Rəhimov son günlərdir sosial şəbəkələrdə Elşən Orucovla səsləndirdiyi duet səs-küyə səbəb olub. Deyilənlərə görə, aktyorlar bundan sonra müğənniliklə də məşğul olacaqlar.

Məsələ ilə əlaqədar olaraq Nicat SİA-ya fikirlərini bölüşüb: "Həmkarım Elşən Orucovla "Günah benim" adlı türk mahnısını duet şəklində oxuduq. Əslində mahnıda səslənmə türk müğənniləri Eypio və Burak Kingə aiddir. Elşənlə işdə asudə vaxtımız idi. Orada bəstəyə klip çəkdik. Amma müğənnilik etmək kimi fikrimiz yoxdur".

Aktyor şəxsi həyatından da söz açıb: "Bildiyiniz ki, aktyor-aparıcı İlkin Həsəni nişanlandı. "Bozbash pictures" komandası da ondan sonra mütləq subaylığın daşını atmalıdır. Amma hələ ki, həyatımda yenilik yoxdur. Tezliklə toy gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə