Günay Musayeva: "Oğlum atasının varlığından xəbərdar deyil"

Günay Musayeva: "Oğlum atasının varlığından xəbərdar deyil"

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva oğlu haqda danışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, model jurnalistlərə övladı haqda bunları deyib: "Oğlum atasının varlığından xəbərdar deyil. Mən anası olaraq, oğluma heç nə hiss etdirmirəm. Oğlum Cihangiri dayəsinin yanında qoyanda telefonum vasitəsi ilə onu izləyirəm. Hazırda oğlum yatıb. İş üçün evdən uzaqda olanda internət vasitəsi ilə evlə bağlantı yaradıb, oğluma nəzarət edirəm. O, mənim hər şeyimdir".

Bütün xəbərlər Facebook səhifəmizdə