Emin Ağalarovun Bakıda çəkilən KLİPİ

Emin Ağalarovun Bakıda çəkilən KLİPİ

Müğənni və iş adamı Emin Ağalarov İçərişəhərdə çəkilmiş klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ifaçının "Yanında olmaq" adlanan klipinə rus model Kristina Qontarlə yanaşı Azərbaycanın tanınmış aktyoru Hacıbaba Məmmədov və gənc aktyor Qərib Nəsib çəkilib.

O, klipi haqqında fikirlərini bildirib: "Mahnı mənim daxili vəziyyətimi əks etdirir. Bu bəstə, məndə ancaq müsbət emosiyalar doğurur. Adətən çəkilişlər mənim üçün ağır zəhmət tələb edir. Amma bu dəfə hər şey birnəfəsə alındı. Bu klipdən və yaradıcı heyətdən zövq aldım. Buna görə bütün çəkiliş heyətinə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Emin Ağalarov bir neçə gün öncə sosial şəbəkədə çəkiliş zamanı göstərdiyi köməyə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu Administrasiyasınaxüsusi təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə