Elvin Abdullayevdən yenilik AÇIQLAMA

Elvin Abdullayevdən yenilik AÇIQLAMA

Müğənni Elvin Abdullayev repertuarında yenilik edəcək. SİA-ya açıqlama verən ifaçı yeni mahnı üzərində çalışdığını bildirib: "Ritmik mahnı hazırlayıram. Bəstənin sözlərini Altay Yaşar və Arzu Yahyayeva yazır. Mahnının aranjimanını Eyyub Yahyayev edəcək. Onunla yeni iş birliyinə başlamışıq. Bundan sonra bütün bəstələrimin aranjimanını Eyyub edəcək. Yeni mahnımın adı hələki bəlli deyil. Bəstə bir neçə günə hazır olacaq. Tezliklə tamaşaçıların ixtiyarına verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə