Özcan Dəniz və Nurgül Yeşilçay Azərbaycanda qala gecəyə qatılacaqlar
Türkiyəli aktyorlar Özcan Dəniz və Nurgül Yeşilçay Bakıya gələcək. Bu haqda SİA-ya Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu xanım məlumat verib. Bildirilib ki, hazırda aktyorlarla danışıqlar gedir və payızda baş tutacaq səfərin vaxtı dəqiqləşdirilir. Özcan və Nurgül yeni çəkildikləri "İkinci şans" adlı filmin qala gecəsində iştirak edəcəklər.
Qeyd edək ki, prodüserliyini Özcan Dənizin etdiyi ekran işinin çəkilişləri bu ilin martından başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB