Bu gün oğlunu evləndirən xalq artistindən AÇIQLAMA

Bu gün oğlunu evləndirən xalq artistindən AÇIQLAMA

Bu gün xalq artisti, tarzən Firuz Əliyevin oğlu Əlinin toyudur. SİA-ya bu haqda xalq artistinin özü danışıb: "Bu gün mənim üçün özəl gündür. Oğlum Hafizə adlı xanımla ailə qurur. Gəlnimi oğlumun özü seçib. Onlar bir yerdə Azərbaycan Milli Konservatoriyasında təhsil alırlar. Artıq iki il idi ki, bir-birlərini sevirdilər. Hafizə xanım olduqca ağıllı qızdır. Oğlumun 24, gəlnimin isə 20 yaşı var. Onu da qeyd edim ki, toy çadırda olacaq. El şənliyində xalq artisti Alim Qasımov başda olmaqla bir çox sənət dostlarım iştirak edəcək".

Qeyd edək ki, Əli də atasının sənətini davam etdirir. O, həmçinin müğənni Emil Bədəlovun qaynıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə