Aktyor: “Yeni serialla tamaşaçıların görüşünə gələcəyik” AÇIQLAMA

Aktyor: “Yeni serialla tamaşaçıların görüşünə gələcəyik” AÇIQLAMA

"Həyat sən nə qəribəsən" və "Bir ailəm var" seriallarının ssenaristi və aktyoru Elsevər Mehdizadə ekran işlərinin bu mövsüm sona bitəcəyini söyləyib. Bu haqda SİA-ya aktyorun özü ətraflı məlumat verib: " "Həyat sən nə qəribəsən" və "Bir ailəm var" seriallarının artıq son bölümlərini tamaşaçılara təqdim edirik. Filmlərin sona çatmasına səbəb yorulmağımızdır. Seriallar 3 ildir davam edirdi. Reytinqimizdə yaxşıdır. Fikirləşdik ki, baxış sayı enmədən filmləri sona çatdıraq".

Aktyor sentyabr ayından yeni ekran işi ilə tamaşaçıları sevindirəcəyini də vəd etdi: "Bir az istirahət etməliyəm. Ola bilsin ki, sentyabr ayından yeni serialla tamaşaçıların görüşünə gələk".

Bütün xəbərlər Facebook səhifəmizdə