Türkiyəli ifaçıdan yeni albom FOTOLAR

Türkiyəli ifaçıdan yeni albom FOTOLAR

Azərbaycanda yaşayan Türkiyəli opera sənətçisi Oya Ergün yeni albom çıxarır. İfaçının SİA-nın verdiyi məlumata görə, yeni albomunda Baroko dövrünün musiqiləri yer alacaq: "Bu il ərzində ansanblımla bir çox barok kons­ertləri verdik və ünvanımıza o qədər gözəl təriflər ald­ıq ki, bunu alboma çevirmək qərarını verdik. Yəni, yeni albomumda bütünüklə barok ­çağından əsərlər söylədim. Albomda barok dövrünün bütün bəstəkarlarının əsərləri yer alıb. Bu əsərlər içində klassik musiqi həvəskarlarına ən çox tanış olan Caccini, Handel, Gl­uckun adını çəkə bilərəm".

Albomun daha bir òzəlliyi işə bundadır ki, Oya xanım barok çağının fleytası ilə həmin dövrün musiqilərindən birini ifa edib.

İfaçı alboma "Baroque Lace" (Barok Dantel) adını verib. Sözügeden albom üzərində azərbaycanlı musiqiçilərdən ibarət ansambl çalışıb.

Oya Ergün albom hazır olduqdan sonra Azərbaycanda ­və Avropada bir çox konsertlər verməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə