Xalq artisti Aygün Kazımova yeni "Orasına-burasına" adlı yeni mahnısını təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, mahnının söz və musiqisi Ceyhun Əliyevin, aranjimanı Rəşad Hüseynovun, mix-masteri isə Yaşar Baxışındır.
Təqdim olunacaq mahnı üçün Aygün Kazımova fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçib və fərqli fotosessiya etdirib. Müğənninin görünüşü üzərində peşəkar heyət çalışıb. Belə ki, Aygün Kazımovanın saç düzümü üzərində Umud Qasımov, baş aksesuarlarının müəllifi isə Dmitriy Turcandır. Xalq artistinin stilinin üzərində isə uzun illərdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, konsert, klip və fotosessiyalarında baş stilist olaraq çalışan Ruxa işləyib. Aygün Kazımovanın fotosessiya üçün etdirdiyi tatularının müəllifi Əhməd Məmmədzadə, videoqrafika Nicat Fərəcova aiddir.
Aygün Kazımovanın yeni fotosessiyasını və hazırlıq prosesində lentə alınan videosunu təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB