Sosial şəbəkələrdə müzakirə olunan stilist videolarından danışdı
Son günlər sosial şəbəkələrdə özünə kifayət qədər izləyici toplayan və videoları ilə gündəmə çevrilən stilist Samiraldo bəziləri tərəfindən tənqidə məruz qalıb. SİA-ya açıqlama verən stilist onların cavabını verib: "Sosial şəbəkələrdə "Samiraldonun bir günü" adı altında özümlə bağlı maraqlı videolar paylaşıram. Həmin görüntülərə oynayıram, gülürəm, milli yeməklərimizi və musiqimizi təbliğ edirəm. Bir sözlə özüm üçün yaşayıram. Eyni zamanda insanları da güldürürəm. Bəziləri də mənim gündəmdə olduğumu görüb, paxıllığımı çəkirlər. Amma məni sevənlər çoxdur. Mən heç kimi məcbur etmirəm səhifəmi izləsin. Məni tənqid edənlər həmişə belə olublar. Məni qınayanlara deyirəm ki, bacarığınız varsa, siz də gündəmdə olun. Mən Allahdan başqa heç kimdən qorxmuram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB