"Kiralık Aşk"ın Öməri "Ən yaxşı romantik kişi aktyoru" seçildi

"Kiralık Aşk"ın Öməri "Ən yaxşı romantik kişi aktyoru" seçildi

"Kiralık Aşk" serialında Ömər xarakterini canlandıran Barış Arduç "Ən yaxşı romantik kişi aktyoru" seçilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor mükafatlandırma mərasiminə tək qatılıb. Jurnalistlər aktyordan sevgilisini xəbər alarkən, bunları qeyd edib:"Gupse evdə yeni filminin ssenarisini yazır. İşi çox olduğu üçün gələ bilmədi".

Barış Arduç sözünün davamında "Kiralık aşk"ın yeni mövsümdə davam edəcəyi müjdəsini də verərək "Serial yeni mövsümdə ekranlarda olacaq. Film uğur qazandı və finala getməyi məsləhət görülmədi. Bu xəbər hamımızı sevindirdi" deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə