Məşhur cütlüyün toyu təxirə düşdü

Məşhur cütlüyün toyu təxirə düşdü

Müğənni Murad Bozla aktrisa Aslı Enverin toyu təxirə düşüb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, buna səbəb Aslı olub. Belə ki, Birkan Sokullu ilə 3 illik evliliyini yeni bitirən Aslı hələ özünü hazır hiss etmədiyini bildirib. Ad günündə Muradın Aslıya elçi gedəcəyi deyilsə də, bu baş tutmayıb. Aktrisa sevgilisindən bir az vaxt istəyib.

Qeyd edək ki, cütlüyün iyun ayında evlənəcəkləri deyilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə