Müğənni Röya yeni klip çəkdirdiyini söyləyib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: " "Düşürsən tez-tez yada" adlı mahnıma ekran işi lentə aldırdım. Klipdə öz həyatımda olan hadisəni ekranlaşdırdım. Burada bir qadının darıxmağını əks etdirdik. Özüm o halları yaşadım. Axşam geyinib, hazırlaşırsan ki, bəlkə zəng vurar, səni harasa aparar. O qədər gözəl hisslərdir ki... Mən bunu gözəl yaşayıram. Sevdimsə, onu da qəşəng yaşayıram. Ayrılığı da gözəl keçirirəm. Bunları pis halda yaşamıram. Hər şeyi xanım kimi yaşayıram. Dostlarım deyir ki, gözəl əzab çəkir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB