Bəstəkar Tural Bayraməliyev 28 may Respublika Gününə aid mahnı yazdı FOTOLAR
Şair, bəstəkar Tural Bayraməliyev vətənpərvərliyi tərənnüm edən yeni mahnısını dinləyicilərin ixtiyarına verib. SİA-nın məlumatına görə, söz və musiqisi müəllifə məxsus bəstə "Müstəqil Azərbaycan" adlanır. Əməkdar artist Mətanət İsgəndərlinin səsləndirdiyi mahnı 28 may Respublika Günü təqdim edilib.
Bəstəkar mahnı haqqında fikirlərini bğlüşüb:"Mahnı türkiyəli musiqiçilərin müşayiəti ilə yazılıb. Aranjimanı İlkin Həsəniyə məxsusdur. Eyni gündə həm mahnının, həm klipin təqdimatını çox istəyirdik. Zamanımız buna yetmədi. Klip mini film şəklində nəzərdə tutulub və müstəqilliyimizdən, Qarabağımızdan bəhs edəcək".
Mahnıda bütün bölgələrdən bəhs olunub:
Dalğalan göylərə üçrəngli bayraq,
Azadlıq timsalı bil, səninlədir.
Təbrizi, Göyçəni biz unutmayaq,
Könlüm Qarabağın həsrətindədir!
Müəllif "Vətənpərvər mahnılar" silsiləsindən olan "Müstəqil Azərbaycan"ın klipinin dövlət bayramlarının birində təqdimata çıxarılacağını qeyd edib: "Vətənimə bağlılığımı, məhəbbətimi yaradıcılığımda tərənnüm edirəm. Bunun davamı olaraq, yeni nəğməmin Qarabağın işğaldan azad olunmasına həsr ediləcəyinə inanıram. Torpaqlarımızın keşiyində durmağa və Ali Baş Komandanımızın əmrinə hər zaman hazıram".
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB