Aktrisa Hazal Kaya onu sosial şəbəkələrdə narahat edən və iş yerinə hədiyyələr göndərən iranlı fanatı Elissa Yazdan Karamidən şikayətçi olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, prokurorluğun araşdırmasından sonra Karaminin Hazala narahatedici mesajlar yazdığı, iş yerinə üzərində "sevgim, həyat yoldaşım..." yazılan hədiyyələr göndərdiyi bəlli olub. O, öz şəxsi "Facebook" profilində də aktrisanın fotolarını paylaşaraq "Ya Hazalım, ya ölüm" yazıb və hətta silah sifariş etdiyini də bir neçə statusunda bildirib.

Prokurorluğun hazırladığı iddianamədə iranlı fanatı 1 ildən 5 ilə qədər həbs gözlədiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...