Heydər Əliyev Sarayında 28 May - Respublika Günü münasibətilə "Ulu torpağım, Azərbaycan!" adlı konsert keçirilib. Sarayın mətbuat xidmətindən SİA-ya bildirilib ki, konsertdə xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, Ağalar Bayramov (bədii qiraət), tanınmış müğənnilər Samir Piriyev, Mətanət Əsədova, Ayaz Qasımov, Sevda Yəhyayevə, Yaşar Yusub, Yaşar Muradov, aşıqlar - Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı, həmçinin Fəzail Misginli, Aşıq Nazim və Aşıq Nəbi çıxış ediblər.
Bayram konsertinə sarayın rəhbərliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və C.Naxçıvanski adına hərbi liseyin kursantları, Müdafiə Nazirliyinin hərbi birləşmələri və zabitləri, daun sindromlu, fiziki qüsurlu, kimsəsiz, əlil uşaqlar dəvət olunublar.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB