İnqrid Bakı səhnəsində FOTOLAR

İtalyan müğənni İnqrid Bakıda konsert verib. SİA-nın verdiyi xəbərə görə, məkanların birində baş tutan gecədə ifaçı "Ümid yağışı" albomuna daxil edilən mahnıları oxuyub. Bəstələrin əksəriyyətini İnqrid Azərbaycan dilində səsləndirib. O, gecədə tamaşaçılarla söhbət də edib. Tədbirin aparıcısı Leyla Quliyeva olub. Gecədə "Nero" qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdirib. İnqridin "Sarı gəlin"i ifa etməsi alqışlarla qarşılanıb. Müğənni Vaqif Nağıyevlə birlikdə duetini də səsləndirib. Fransız və Azərbaycan dillərində ifa olunan duet alqışlarla qarşılanıb. Duet tamaşaçıların xahişı ilə ikinci dəfə səsləndirilib.

İnqrid konsertdə təkcə ifası ilə deyil, həmçinin libası ilə də qiqqətləri üzərinə cəlb edə bilib. İfaçının səhnədəki geyimləri modelyer Gülnarə Xəlilovanın son kolleksiyasına aiddir.

Qeyd edək ki, tədbirin sonunda "Ümid yağışı" albomunun tortu kəsilib, konsertə gələn qonaqlara paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə