Aygün Kazımovadan növbəti bomba

Hər konsertindən sonra xeyli söz-söhbət yaratmağı bacaran xalq artisti Aygün Kazımova növbəti konsertində də ənənəsinə sadiq qalacaq. SİA-nın verdiyi xəbərə görə, Nabranda istirahət mərkəzində möhtəşəm performans göstərməyə hazırlaşan Kazımovanın məşq prosesləri dayanmadan davam edir. İfaçı səhnədə həm geyim tərzi, həm saç düzümü həm də şousu ilə gələn qonaqlar üçün yayın ən yadda qalan konsertini verəcəyinə çox iddialıdır. Bu yaxınlarda Türkiyədən yeni imici ilə qayıdan peşəkar müğənnini səhnədə 10 peşəkar rəqqas tək buraxmayacaq. Xalq artisti reallaşacaq konsert haqda danışıb:"Sürpriz qonağım olacaq. Tamaşaçılar gözlənilməz ifa, şou görəcək. Yəni belə deyim ki, sadəcə tamaşaçılar heç vaxt gözləməzdi ki, səhnədə belə bir nömrə olacaq. Yayın ilk möhtəşəm və yadda qalan şousu olacaq. Üstəlik çoxdandır konsertimi gözləyənlər var. Bu onlar üçün də gözəl fürsətdir. Həm dincəlsinlər həm də əylənsinlər. Bir sözlə rəqqaslarla birlikdə iyunun 18-i Nabranı yerindən oynadacayıq"

Qeyd edək ki, iyunun 18-i baş tutacaq konsert yanlız Aygün Kazımova ilə yekunlaşmır. Konsertin digər məşhur qonağı isə DJ Roşkadır.

Bütün xəbərlər Facebook səhifəmizdə