Səmra: "İnsanlar tərbiyəni paltarın uzunluğuna görə ölçür" FOTOLAR
Azərbaycanı "Eurovision-2016"da təmsil edən Səmra Rəhimli verilişlərin birində qonaq olub. SİA-nın verdiyi xəbərə görə, müğənni müsabiqə boyu sosial mediada geyiminə görə onu tənqid edənlərə cavab verib:"Sənət yoldaşlarım və qohumları saxta profillərlə "İnstagram"da məni təhqir edirdilər. Çox yersiz hərəkət idi. İngilis dilində şərhlər yazırdılar. Siz mənim qısa geyinməyimi tərbiyəsizlik kimi görürsüzsə, niyə şərh bölməsinə söyüş yazırsız? Bu, tərbiyəli addımdır? İnsanlar tərbiyəni paltarın uzunluğuna görə ölçür. Şəhərə çıxanda məndən də açıq geyinən xanımlar görürəm. Ən çox açılış zamanı qırmızı xalçada geyinən paltarım müzakirə olundu. Amma o geyimdə özümü nağıl qəhrəmanına bənzədirdim".
Səmra final günü Niderland təmsilçisinin qucağında çəkilmiş fotosu haqda da danışıb:"Konsertə baxdığımız anda Niderland təmsilçisi şəkil çəkdirmək istədi. Məni qəfildən qucağına qaldırdı. O, məndən başqa Fransa və İspaniya təmsilçilərini də qucağına aldı. Amma heç kəs şişirtmədi".
(2).jpg)
(1).jpg)

(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB