Məşhur stilist yeni kolleksiyasını təqdim etdi FOTOLAR

Məşhur stilist yeni kolleksiyasını təqdim etdi FOTOLAR

Stilist Hakan Akkaya "The 120 Days Of Sodom" adlı yeni koleksiyasını təqdim edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dəfiləyə bir çox məşhur simalar təşrif buyurub. Gecəyə tanınmışlardan Hande Yener, Yıldız Tilbe, Ivana Sert, Bengü, Ayşe Hatun Önal, Fatih Ürek, Öykü Serter, İrem Derici, Gonca Vuslateri, Neslişah Alkoçlar, Nadide Sultan qatılaraq, Akkayanı özəl günündə tək qoymayıblar. Müğənni Bengü mərasimə Hakan Akkaya aid libasla gəlib. O, qarderobunda stilistə məxsus bir çox paltarların olduğunu bildirib: "Hakan mənə bir çox libasları hədiyyə edib. Heç bir geyimə görə məndən pul da almır. Hansı libası bəyənirəm mənə hədiyyə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə