Naibə Allahverdiyeva: "Hind qızı rolunu oynamağa ailəm icazə vermədi"

Naibə Allahverdiyeva: "Hind qızı rolunu oynamağa ailəm icazə vermədi"

Əməkdar artist Naibə Allahverdiyeva illər öncəyə geri dönüb. SİA-nın verdiyi xəbərə görə, aktrisa 18 yaşında ona gələn təklifdən söz açıb: "Məni hind qızlarına bənzədirdilər. Buna görə də mənə hind filmində oynamağım üçün ekran işinə dəvət etdilər. Lakin ailəm icazə vermədi. Həmin vaxtlar 18 yaşım var idi. Yenidən belə bir təklif etsələr bəlkə hind qızı obrazını canlandıraram".

Bütün xəbərlər Facebook səhifəmizdə