Yerli müğənni məşhur türk həmkarı ilə canlı yayımda çıxış edəcək FOTOLAR
Bu gün müğənni Rövşən Civişov Türkiyənin "TGRT" telekanalında məşhur türk müğənnisi Cansevərlə qonaq olacaqlar. SİA-ya bu barədə R.Civişovun özü məlumat verib. O, bildirib ki, Bakı vaxtı ilə saat 17:00-da canlı yayımlanacaq verilişdə Cansevərlə eyni səhnəni bölüşəcəklər.
Müğənni onu da qeyd edib ki, ötən gün Cansever albom təqdimatı keçirib və onun dəvəti ilə təqdimata qatılıb:"Cansevərlə çox gözəl münasibətlərimiz var. Səmimi münasibətimiz işlərimizə də təsir edir. Cansevərin albom təqdimatı İstanbulun məşhur məkanlarından biri olan "Harbiye evi" restoranında baş tutub. Tədbir xoş-əhval ruhiyyədə keçib."


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB