Gülnarə Xəlilova “Azerbaijan Fashion Week”-də əsas model oldu FOTOLAR

Gülnarə Xəlilova “Azerbaijan Fashion Week”-də əsas model oldu FOTOLAR

"Azerbaijan Fashion Week" çərçivəsində tanınmış özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) defilesi keçirilib. Azərbaycanın tanınmış modelyer dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın podiuma çıxması əlamətdar hadisəyə çevrilib. Gülnarə Xəlilova Khafiz Khan kolleksiyasının əsas modeli olub.

Dizayner sakit tonlarda və rənglərdə əksini tapmış gecə libasları kolleksiyasını, xeyli sayda əl işini təqdim edib. Dizaynerin sözlərinə görə, bütün parçalar xüsusi olaraq sifariş əsasında hazırlanıb və təkrarlanmayıb. Kolleksiya dəfələrlə zaldakı tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub.

"Azerbaijan Fashion Week"-in yeni mövsümü keçirilir. Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə