Meyxanaçı Namiq Qaraçuxurlu özü haqda maraqlı fikirlər irəli sürüb. SİA-nın verdiyi xəbərə görə, ifaçı səbrli olduğunu deyib: "Tez əsəbləşib, özümən çıxan biri deyiləm. Səbrli insanam. Məni ən çox inandığım insanın güvənsizliyi hirsləndirə bilər. İldə 1 dəfə əsəbləşirəm, amma pis hirslənirəm. Günüm nə qədər neqativ keçsə də, çalışıram ki, pozitiv olum. Bəzən elə olur ki, 1 ay işim düz gətirmir. Amma mübarizə aparıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB