Müğənni Gülay Zeynallı özünə qoyduğu qadağadan söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Bu vaxtadək heç kimlə qalmaqal etməmişəm. Sənətçilərlə küsülü olmuşam. Amma sonra barışmışam. Qabartmamışam. İnsan özünə sahib olmağı bacarmalıdır. Kiminləsə qalmaqal etməyəcəyim üçün özümə qadağa qoymuşam. Onu da deyim ki, hətta ailəmdən sual verəndə istəmirəm şəxsi həyatımla bağlı danışım. Yalnız mahnılarımla yadda qalmaq fikrindəyəm. Adi həyatda da səs-küyü sevən biri deyiləm. Qiybət edən insanları ətrafımdan uzaqlaşdırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB