Məşhur italyan müğənni İnqrid Azərbaycanda hazırladığı "Ümid yağışı" adlı albomunu təqdim edib. SİA-nın verdiyi xəbərə görə, yeni işi ilə bağlı fikirlərini bölüşən İnqrid bu işdə ona dəstək olanlara təşəkkür edib: "Mənim az yaşım yoxdur. Ona görə də ətrafıma topladığım insanları xüsusi seçirəm. Hansısa bir mahnını ifa edəndə bilmədiyim dildədirsə, onun mənasını öyrənməyə çalışıram. Buradakı mahnıları birləşdirən ümumi cəhət də sevgidir. Diskin bəyəniləcəyinə inanıram. Mahnıdan aldığım enerji önəmlidir. Çünki dinləyici oxuduğum mahnıdan müsbət enerji almalıdır".
Albomdakı mahnıların musiqiləri Alxanlı, sözlər Gövhər Həsənzadə, aranjiman Yaşar Baxış, bek-vokal isə Samir Əsədova məxsusdur. Diskdə Azərbaycan, ingilis, italyan və fransız dilində mahnılar yer alıb. İnqridin Azərbaycan dilində səsləndirdiyi "Sarı gəlin" mahnısı da burada yer alıb.
Qeyd edək ki, "Ümid yağışı" təkcə Bakıda yox, dünyanın bir çox yerində satışa çıxarılacaq. İnqrid Avropanın paytaxtında konsert verəcək.
(1).jpg)
(1).jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB