Tolik: "Efirlər "qaluboy” aparıcılarına kişi deyirlər"

Tolik: "Efirlər "qaluboy” aparıcılarına kişi deyirlər"

Prodüser Tarix Əliyev (Tolik) efirləri və bəzi aparıcıları tənqid edib. SİA-nın verdiyi xəbərə görə, Tolik onları "yıxıb, sürüyüb": "Hərdən efirlərə baxanda gülməyim yox, qusmağım gəlir. Şou-biznesdən mövzu qoyurlar. Amma buranın nümayəndəsindən başqa hamını ora çağırırlar: onun-bunun çantasın daşıyan, çayxana işlədən... Ona sual verən yoxdur ki, ay bədbəxt, sən özün həyatda varsan ki, şou-biznesdən danışırsan?

Bu efirlərin bəziləri öz "qaluboy" aparıcılarına kişi deyirlərsə, onlar üçün şou-biznes elə gördüyü insanlardan ibarətdir. Artıq prodüser adı da elə cılızlaşıb. Hərdən özümə bu adı deyəndə, deyirəm ki, "Yox, elə Tolik kimi tanınsınlar, bəsdir". Əsas odur ki, hansısa klublarda qızlarla oturmuram. Sonra da mənə yazsınlar ki, filan prodüser qızlarla oturub".

Bütün xəbərlər Facebook səhifəmizdə