Bu gün 37 yaşı tamam olan müğənnidən yeni FOTOLAR

Bu gün 37 yaşı tamam olan müğənnidən yeni FOTOLAR

Bu gün müğənni Rəqsanə İsmayılovanın ad günüdür. SİA-nın məlumatına görə, 37 yaşı tamam olan ifaçı özəl gününü yaxınları ilə birlikdə keçirəcək.

Ad günü ərəfəsində R.İsmayılova yeni fotosessiya etdirib. Moskvada lentə alınan şəkillərdə Rəqsanənin imici üzərində əcnəbi stilistlər çalışıb. Onun geyimlərinin müəllifi isə modelyer qızı Aysundur.

Qeyd edək ki, R.İsmayılova 1979-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayıb. İfaçılığa Rusiyanın Moskva şəhərində başlayan Rəqsanə, daha sonra vətənə qayıdaraq sənətini Bakıda davam etdirib. "Bivəfa", "O bilər, mən bilərəm", "Mən səni görmək istəsəm hara gəlim?", "Yuxumda", "Payız" kimi mahnılar səsləndirib.

Rusiyada layihələr edən müğənni daha sonra qardaş ölkə Türkiyənin şou-biznesinə qatılıb. Türkiyənin tanınmış rejissoru Teoman Topçu ilə işbirliyi quran Rəqsanənin klipində "biscolata erkeyi" kimi tanınan ispan aktyor və model Karlos Martin rol alıb.

R.İsmayılova "Şəfa" stadionu və "Yaşıl teatr"da konsertlər verib. Sənətçi "Göz önündə" verilişinin müəllifi və aparıcısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com