Boşanan müğənni: "Yavuzla olan münasibətimə görə peşman deyiləm"

Boşanan müğənni: "Yavuzla olan münasibətimə görə peşman deyiləm"

Keçən ay həmkarı Yavuz Bingöllə boşanan müğənni Öykü Gürman bitən evliliyi haqqında danışıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Barselona tətilindən Türkiyəyə qayıdan ifaçı bu haqda verilişlərin birində danışıb: "Çox yorulmuşam. Bu həyatda hər şey təcrübədir. Evlilik çətin bir şeydir, məsuliyyət tələb edir. Məncə, evlilik çox gözəldir. Amma doğru adamla ailə qura bilsəniz. Amma Yavuzla olan münasibətimə görə peşman deyiləm. Yavuzun həyatında mənim yerimi heç kim doldura bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə