Qalmaqallı müğənni kimlərin bostanını yenidən daşladı?

Qalmaqallı müğənni kimlərin bostanını yenidən daşladı?

Opera ifaçısı Ülvi Qılınc son günlər qalmaqallardan kənar gəzdiyini bildirib. SİA-nın verdiyi xəbərə görə, müğənni artıq heç bir həmkarına cavab verməyəcəyini söyləyib: "Zamanında adım bir çox qalmaqallı mövzularda çəkilirdi. Artıq heç kimə cavab vermiyəcəm. Lakin, bəzən elə məqamlar olur ki, cavab vermədən dayana bilmirəm. Sənəti olmayan ifaçı iddialı danışır. Xəbəri yoxur ki, onu sevən yoxdur. Özünü öyməyi kənara qalsın, kiməsə də məsləhət verir. Bu da məndə qıcıqlıq yaradır. Amma Azərbaycan şou-biznesində çox bəyəndiyim ifaçı var. Həmin xanım müğənni Xumar Qədimovadır. Xumar xanım özünə hörmət edən sənətçidir. Hətta Türkiyənin sevilən sənətkarı Yıldız Tilbə Xumar xanımın bəstəsini oxuyur. Amma halbu ki, Tarkan kimi müğənnilər Y.Tilbenin mahnılarını səsləndirir".

Bütün xəbərlər Facebook səhifəmizdə