Əhməddən Pərvizə cavab gəldi

Müğənni Əhməd Mustafayev meyxanaçı Pərviz Bülbülənin "Mən gənc müğənnilərlə duet oxumuram. Çünki mənlə duet oxusalar kölgəmdə qalacaqlar" sözlərinə cavab verib. SİA-nın verdiyi xəbərə görə, Əhməd bunları deyib: "Əgər Pərviz hansısa gənc ifaçı ilə duet oxuyursa, özü də tanınacaq. Pərvizin qarşısına elə duet ortağı və mahnı çıxar ki, xoşuna gələr. Öncədən belə danışmaq düzgün deyil. Gərək heç kim heç vaxt deməsin. Pərvizin bu fikirləri ilə razı deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə