Əlikram: "Rayondan yeni gəldiyim üçün heç kim məni tanımırdı"

Əlikram: "Rayondan yeni gəldiyim üçün heç kim məni tanımırdı"

Müğənni Əlikram Bayramov şair Vüqar Əhməddən söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Sənətə yeni gələndə Vüqar müəllim konsert təşkil etmişdi. V.Əhmədə söylədim ki, mənim də həmin konsertdə çıxış edim. Yalnız razılaşmadı. Qolumdan tutub, çölə çıxardı ki, "Səni kimsə tanısa, konsertə dəvət edəcəm". Mən də rayondan yeni gəlmişdim. Heç kim məni tanımırdı. Həmin konsertə də Məmmədbağır Bağırzadə kimi insanlar oxuyacaqdı. Amma Vüqar müəllimin bu hərəkətinən incimədim. V.Əhməd indi mülayimləşib. Zamanına çox sərt adam idi".

Bütün xəbərlər Facebook səhifəmizdə