Şou-biznes əhli bir araya gələcək

Şou-biznes əhli bir araya gələcək

"Ulu torpağım, Azərbaycan" adlı konsert proqramı keçiriləcək. SİA-nın məlumatına görə, mayın 26-da Heydər Əliyev Sarayında baş tutacaq tədbirdə xalq artistləri Mələkxanım Əyyubova, Mübariz Tağıyev, əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, müğənnilər Könül Kərimova, Samir Piriyev, Mətanət Əsədova, Nadir Qafarzadə, Sevda Yahyayeva, Yaşar Yusub və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, saat 19:00-da başlayacaq konsertə biletlərin qiyməti 10 manatdan 40 manata kimidir.

Axşam.az-ın

Bütün xəbərlər Facebook səhifəmizdə