Aparıcı: "10 ildir ki, el şənliklərinə gedirəm"

Aparıcı: "10 ildir ki, el şənliklərinə gedirəm"

Aparıcı Lətafət Ələkbərova toylardan söz açıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı bunları deyib: "Televiziyada yeni aparıcılıq etməyə başlamışdım. Mənə el şənliklərini idarə etmək təklifi gələndə qəbul etmirdim. Çünki özümü toylarda görmürdüm. Amma insan toy idarə etdikcə püxtələşir. Artıq 10 ildir ki, el şənliklərinə gedirəm".

L.Ələkbərova küsülü olduğu xalq artistindən də söz açıb: "Bir xalq artisti var ki, onunla küsülüyəm. Bəxtimdən həmin sənətçiylə el şənliklərinin birində birgə idik. Toyun aparıcısı da mən idim. Məcburən onu təqdim etməli idim. Küsülü olduğum halda həmin xalq artistini təmtəraqla səhnəyə dəvət etdim".

Bütün xəbərlər Facebook səhifəmizdə