Müğənni Nadir Bayramlı gənc müğənnilərdən şikayətlənib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "El şənlikləri Azərbaycanın gözəl adət-ənənələrindən biridir. Biz müğənnilər də həmin el şənliklərinə dəvət alırıq. Toylarda bəzi məqamlar var ki, razılaşmıram. Ev yiyəsi biz sənətçilərə söyləyir ki, həm oxu, həm də masabəyilik et. Bu fikirlə razılaşmıram. Çünki hərənin öz işi var. Bəzi gənc ifaçılar var ki, toyu həm idarə edir, həm də oxuyur. Amma bacara bilmirlər. Yalandan şirinlik edirlər. Eyni sözləri təkrar edib, insanlarda qıcıq yaradırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB