Xalq artisti konsert verdi FOTOLAR

Xalq artisti Ənvər Sadıqov "Təəssürat" adlı konsert proqramı verib. SİA-nın verdiyi xəbərə görə, musiqiçi "Qaytağı" instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Sənətkar tərəfindən məharətlə ifa edilən "Üç gündən bir, beş gündən bir", "Arı uçuşu", "Ay nanə", "Vals papuri", "Uzun dərə", "Şalaxo", "Lay-lay", "Samba", "Naxçıvan", "Təəssürat", "Nueva", "Çahargah rapsodiyası", "İthaf" və başqa əsərlər yerli və xarici tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə sənətkarı Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Emil Həsənov (bas-gitara), Emil Əfrasiyab (piano) müşayiət edib.

Qeyd edək ki, onu izləmək üçün bir çox məşhur simalar konsertə təşrif buyurub.

Bütün xəbərlər Facebook səhifəmizdə