Aktrisa klipinə görə özünü fəda etdi

Aktrisa klipinə görə özünü fəda etdi

Türkiyəli müğənni Selenanın başına iş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı klip çəkilişi zamanı dekorasiyanın aşması nəticəsində xəsarət alıb. Selenin üzərinə düşən dekorasiya onun başını bir neçə yerdən yaralayıb. Xəstəxanaya aparılan sənətçinin başına 10 tikiş qoyulub.

Növbəti gün yenidən kamera qarşısına keçən Selen klipinin çəkilişlərini bitirib. O, sosial şəbəkədə yaralı fotosunu paylaşaraq, "bəli, bir qəza yaşadım, yəqinki nəzər dəydi. Nəticədə gözəl bir klip çəkdik, hər şeydə bir xeyir vardır" sözlərini yazıb.

Qeyd edək ki, iki günə çəkilən klip Selenə 150 min lirəyə başa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə