Prodüser Anar Mədətov bəzi müğənniləri qınayıb. SİA-nın verdiyi xəbərə görə, Anar bunları deyib: "Əksər ifaçılarımız bildirir ki, şou-biznesdə durğunluq yaşanır. Amma mən bu fikirlə razı deyiləm. Hər kəs başını aşağı salıb, işləsə durğunluğu hiss etməz. Hətta əksəriyyəti söyləyir ki, Azərbaycanda şou-biznes yoxdur. Əslində bizdə şou-biznes var. Hətta inkişaf edir. Sadəcə olaraq, bəzi ifaçılarımız bu sənətə yeni gələndə fikirləşirlər ki, tanınıb, pul qazansın. Ev, maşın alsın. Bütün bunları edəndən sonra deyirlər ki, Azərbaycanda şou-biznes yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB