Ceyhun Aygün Kazımovaya "Orasına, burasına" nı təqdim etdi

Ceyhun Aygün Kazımovaya "Orasına, burasına" nı təqdim etdi

Müğənni Ceyhun Əliyev xalq artisti Aygün Kazımova ilə bir araya gəldiyini söyləyib. SİA-nın verdiyi xəbərə görə, ifaçı sənətçiyə yeni bəstə yazdığını deyib: "Xalq artisti Aygün Kazımova ilə birgə çalışıram. Belə ki, "Orasına, burasına" adlı mahnını sənətçimiz üçün yazıram. Bəstənin sözləri və musiqisi mənə aiddir. Tezliklə dinləyicilərin ixtiyarına verəcəyik".

C.Əliyev Sevil Sevinc bacıları üçün də mahnı yazdığını deyib: "Sevil Sevinc bacılarına "Daş ürək" mahnısını səsləndirib, göndərdim. Lakin bacılar bəyənmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə