"Bağdat" mahnısı ilə tanınan müğənni Ayla Çelik şoumen Bəyazit Öztürklə olan münasibətindən söz açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Bəyaz albom çıxartmaq, "Türkan" mahnımı oxumaq istəyirdi. Dostluğumuz da həmin ərəfədə başladı. O da mahnını oxumadı, icazəsin alıb Demet Akalına verdim. Həmin ərəfədə Beyazla danışırdıq, görüşürdük. Dedi ki, birlikdə nəsə edək. Mən də bir gün "Bağdad"ı göndərdim. Ondan cavab gəlmədi, qəribə oldum. Daha sonra Bəyazit mənə "Bu mahnı mənə nəsə etdi. Amma nə olduğunu bilmirəm. Mən də bu mahnının içində olmaq istəyirəm" dedi. Mən də qəbul etdim. Bu klipdən sonra dedi-qodular lap çoxalacaq. Edəcək bir şey yoxdur, gəlib məni anamdan istəməlidir. Beləcə, insanların ağzını bağlayacağıq (gülür)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB