Səməd Səmədov Zeynəb Xanlarovanın mahnısını oxudu

Səməd Səmədov Zeynəb Xanlarovanın mahnısını oxudu

Xalq artisti Səməd Səmədov yeniliklərindən danışıb. SİA-nın verdiyi xəbərə görə, müğənni xalq artisti Zeynəb Xanlarovanın repertuarındakı "Yaşa Azərbaycan" adlı bəstəni oxuduğunu bildirib: "Bu günə qədər vətənpərvər mövzuda bir çox mahnılar ifa etmişəm. Lakin cəbhədə baş verən son hadisələrdən sonra əsgərlərimizə dəstək olmaq üçün yenidən belə mahnı ifa etmək istədim. Buna görə də Azərbaycan incəsənətində öz sözünü demiş dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın "Yaşa Azərbaycan" mahnısını oxudum. Bir Azərbaycan vətəndaşı kimi vətənim uğurunda canımdan keçməyə hazıram. Öz sözümü mahnılarla deməyi üstün tuturam. Bu məqamda qalmaqal edib, kiminsə bostanına daş atmaq yox, bir olmaq lazımdır. Bu mahnı da elə birlik mahnısıdır. Düşünürəm ki, bəstə mənim repertuarımda da seviləcək. Hazırda aranjiman işləri gedir. Hazır olduqdan sonra təqdimatı olacaq".

Qeyd edək ki, "Yaşa Azərbaycan" adlı bəstənin sözləri Zivər Ağayeva, musiqisi Rauf Məmmədova məxsusdur. Layihənin prodüseri Rövşən Cəfərovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə