"Eurovision 2016"nın qalibi Camalanın piar direktoru Denis Kozlovski, ifaçının müsabiqənin qaydalarını pozmasına dair bəyanatları təkzib edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, ifaçı ilə bağlı yayılan xəbərə münasibət bildirib:"Bu video krım tatarlarını deportasiyasına həsr edilib. 2015-ci ilin mayın 18-də keçirilən qapalı tədbirdə mobil telefona çəkilib. Görüntülərdə Camala "1944" mahnısının ilkin versiyasını ifa edir. Həmin tədbirdə mahnının adı, mətni, aranjmanı və strukturu fərqli idi. Mahnı heç bir internet saytlarında yoxdur".
Qeyd edək ki, Camalanı "Eurovision"da daha öncə ifa edilmiş mahnını təqdim etməkdə ittiham edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB