Xalq artisti şayiələrə son qoydu: "Ərim necə geyindiyimi görür"

Xalq artisti şayiələrə son qoydu: "Ərim necə geyindiyimi görür"

Xalq artisti Gülyanaq Məmmədova haqqında yayılan söz-söhbətə son qoyub. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Tədbirlərin birində jurnalistin biri yaxınlaşıb, soruşdu ki, yoldaşınız geyimlərinizə qarışırmır? Məndə cavab verdim ki, xeyir. Ərim mənə nəzarət etmir. Çünki həyat yoldaşım bilir ki, mən necə geyinirəm. Mənim bu sözlərimi səhv başlıqla məlumat dərc etdilər. Yazdılar ki, "Xalq artistinin həyat yoldaşı ona qadağa qoydu". Bu xəbər ailəmdə problem yaratdı. Telefonlarım susmadı. Xalqımız bilir ki, mən necə bir ailədə tərbiyyə almışam. Sənətimlə, əxlaqımla sevilmişəm. O, kəsə qadağa qoyarlar ki, həddini aşsın. Bir çox yerlərə həyat yoldaşımla gedirəm. Mənim necə geyindiyimi də görür. Allah ona dəyməsin. Ailəm də hər şey normaldır. Olduqca xoşbəxtəm".

Xalq artisti yaradıcılığındakı yenilikdən də danışıb. O, əməkdar artist Teymur Əmrahla duet oxuyacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə