Nicat Rəhimov: "Maşınımın üstünə yumurta atıb, cızıblar"

Nicat Rəhimov: "Maşınımın üstünə yumurta atıb, cızıblar"

"Bozbash Pictures" komandasının üzvü aktyor Nicat Rəhimovun başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, aktyorun avtomobilinin şüşəsini cızıblar: "Maşınımın şüşəsini cızıblar. Hər səhər yuxudan oyanada baxıram ki, avtomobilimin üstünə yumurta atırlar. Kim eliyirsə, Allah canını sağ eləsin. Düşmənim yoxdur. Heç kimə də düşmən arzulamıram. Onu da deyim ki, maşınımı çirkli saxlamağı xoşlamıram".

Nicat "Bozbash Pictures" komandasının yeni film çəkdiyini də söyləyib: "Yayda maraqlı film çəkəcəyik. Xüsusi ilə qeyd edim ki, kim deyirsə, Azərbaycanda rejissor, aktyor yoxdur, yalandır. İnanmayın. Şükür ki, artıq yerli filmlərimiz tamaşaçılar tərəfindən sevilir".

Bütün xəbərlər Facebook səhifəmizdə