Aktrisa Fahriye Evcen sevgilisi, aktyor Burak Özçivitlə şəhər gəzintisinə çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa jurnalistlərin kameralarına yaxalanıb. Fahriye onun tanınmasında zəhməti olan, keçən həftə vəfat edən aktrisa Oya Aydoğanla bağlı da ilk dəfə danışıb: "Oya xanım mən də daxil olmaqla çox insana kömək edib. Erkən gedişi bizi çox kədərləndirdi. Məkanı cənnət olsun".
Qeyd edək ki, Fahriye Evcen aktrisanın vəfatı günü "İnstagram"da "Gözəl ürəkli Oyam, məkanın cənnət, ruhun şad olsun" qeydi ilə paylaşım edərək tənqid atəşinə tutulmuşdu. Sənətçi ölüm ayağında olarkən Fahriye bir dəfə də olsun, xəstəxanada ona baş çəkmədiyi üçün qınaq obyektinə çevrilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB