Flora Kərimovadan xəbərdarlıq: "Teymur, məndən əl çək!"

Flora Kərimovadan xəbərdarlıq: "Teymur, məndən əl çək!"

Xalq artisti Flora Kərimova əməkdar artist Teymur Əmraha xəbərdarlıq edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi onun ünvanına bu sözləri deyib: "Mənə pis ana deyə bilərlər, amma vətənpərvərliyimə heç nə deyə bilməzlər. Bu yaxınlarda Teymur Əmrah dedi ki, guya, mənə həsr olunan "Ey vətən" mahnısını oxumağa ixtiyarım yoxdur. Bu mənə çox pis təsir etdi. Teymur, məndən əl çək. Nəfəsin, tərzin mənimdir. Səni mənim mahnılarımla sevdilər. Onları oxudun, özünü sevdirməyə çalışdın. Hər şeyə şübhən ola bilər, ancaq mənim vətənpərvərliyimə yox. Səndən qüdrətli insanlar mənimlə çarpışmağı bacarmadılar. Bu vərdişini yerə qoy. Onsuz da alnında, danışıq tərzində Flora Kərimova yazılıb. Məni pisləməklə kimlər nə qazandı ki, sən də qazanasan. Hələ ki, gec deyil, dayan. Heç nə əldə edə bilməyəcəksən. Mən bu cəmiyyətdə zərrə-zərrə öz yerimi qazandım. Sən isə misqal-misqal addımlayırsan. İnsanların nifrətini qazanma. Sən mənə oxşamırsan. Hansı ləkəni boynuma qoysalar, dinmərəm. Amma Teymur "Ey vətən" mahnısını oxumağa ixtiyarım olmadığını dedi. Bu qədər insafsızlıq, paxıllıq olmaz. Dayan, sən nə edirsən? Sənin hansı yolunu kəsmişəm ki? Mən hər zaman ona dəstək olmuşam. Amma o, hər zaman arxamca danışıb".

Bütün xəbərlər Facebook səhifəmizdə