Nazənin: "Məşhurluğumdan uşaqlarım narahatdır"

Nazənin: "Məşhurluğumdan uşaqlarım narahatdır"

Müğənni Nazənin uşaqlarından söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı şəxsi həyatının müzakirə olunmasının tərəfdarı olmadığını söyləyib: "Bəzən istirahət etmək üçün uşaqlarımla şəhərdə gəzmək istəyirəm. Lakin mümkün deyil. Çünki məni sevib, tanıyanlar çoxdur. Yaxınlaşırlar. Uşaqlarım bu vəziyyətdən narahat olur. Çünki efirlərdə görünmək istəmirlər. Onlar mənim övladım kimi adlarının hallanmasının tərəfdarı deyillər. Hətta heç bir toya övladlarımla gedə bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə