Nadir: "Bağımı satıb, övladlarımın təhsil haqqını ödədim" FOTO

Nadir: "Bağımı satıb, övladlarımın təhsil haqqını ödədim" FOTO

Müğənni Nadir Qafarzadə pulsuzluqdan şikayətlənib. SİA-nın verdiyi xəbərə görə, ifaçı hətta bağ evini satdığını söyləyib: "Hazırda bir az vəziyyət yaxşı deyil, böhrandı. Maddi problemlərim var idi. Oğullarım xaricdə təhsil alır. Onların təhsil haqqı yüksəkdir. Ödəniş etməliydim. Mənim üçün önəmli olan övladlarımın biliyidir. Bunun üçün də bağımı satıb, övladlarımın təhsil haqqını ödədim. Bu il bağda dincəlməyəcəm. Başqa yerə gedəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə