Rafael Ağayev yenidən toy edəcək

Dünya çempionu Rafael Ağayev yenidən özünə toy çaldıracaq. SİA-nın məlumatına görə, karateçi bu haqda verilişlərin birində deyib:"600 nəfərlik toy etdim. 800-ə yaxın qonağım gəldi. Burada ancaq kişilər var idi. İyunun 6-da isə ailəmin də yer alacağı toy olacaq. Gəlmək istəyən hər kəsi dəvət edirəm".

Qeyd edək ki, R.Ağayevin kişi toyu aprelin 17-də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə